AZ

Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq - Suriyanın energetika naziri

Kilis. Trend:

Bu, sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdədaha böyük layihələrimiz olacaq.

Trend-inTürkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Suriyanınenergetika naziri Məhəmməd Əl Bəşir Türkiyə-Suriya təbii qaz borukəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.

O xatırladıb ki, artıq Azərbaycan qazının Türkiyə ərazisi iləSuriyaya çatdırılması üzrə açılış mərasimi baş tutdu:

"Boruların 6 milyon kubmetr qazın daşınması potensialımövcuddur. Sadəcə ilkin olaraq 4,3 milyon kubmetr təbii qazınötürülməsi həyata keçiriləcək. Azərbaycanlı qardaşlarımıza bufürsətə, dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm.

Əlbəttə, bu proses məhz bizim prezidentin Azərbaycana sonuncusəfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevlə görüşündən sonra baş tutub. Bu proses birbaşa Suriyaxalqının rifahına və Suriyada işğın davamlı şəkildə təminatınaməqsədyönlü şəkildə xidmət edəcək".

Nazir vurğulayıb ki, bu sonuncu layihə deyil:

"Bundan sonra da daha böyük layihələrimiz olacaq. Bir az öncəqardaşım Mikayıl Cabbarovla görüşdə də biz digər görüləcək işlərbarəsimdə daha geniş şəkildə danışıqlar apardıq. Azərbaycan vəSuriya arasında texniki qurupların qarşılıqlı şəkildə səfərləritəmin olunacaq. Həmçinin, Azərbaycanın Suriyada investisiyalaradair proqamlarını və layihələrini müzakirə etdik".

"Mən fürsətdən istifadə edib Azərbaycana, azərbaycanlıqardaşlarımıza, eləcə də dost Türkiyə və Qətər dövlətinətəşəkkürümü bildirmək istəyirəm", - deyə nazir qeyd edib.

Seçilən
37
9
az.trend.az

10Mənbələr