Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah çimərliklərdə şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq.
