AZ

Azərbaycanın enerji diplomatiyasının növbəti qələbəsi ŞƏRH

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan artıq dünyada qlobal enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycanın təbii qazının Türkiyə vasitəsilə Suriyaya tədarükü bunun bariz nümunəsidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Azərbaycan enerji resurslarından səmərəli şəkildə faydalanaraq enerji diplomatiyasından sıx regional əməkdaşlıq formatının  yaradılmasına çalışır: “Azərbaycanın enerji diplomatiyasından faydalanaraq regional əməkdaşlıq formatlarını yaratması təkcə ölkəmizin inkişafına deyil, bütövlükdə Cənubi Qafqaz, Mərkəzi Asiya, Avropa, Yaxın Şərq  və daha geniş coğrafiyada əməkdaşlıq körpülərinin yaradılmasına xidmət edir ki, bu da öz bəhrəsini verməkdədir. Azərbaycan qazının Suriyaya tədarükü Xəzər hövzəsi, Cənubi Qafqazla, Yaxın Şərq arasında daha geniş formatda əməkdaşlığın əsası deməkdir. Azərbaycan qazının nəqli Suriyada sülhün, sabitliyin, enerji təhlükəsizliyinin təmin olunmasına və inkişafına xidmət edir. Bununla bərabər regional əməkdaşlığın daha da genişlənməsi ilə nəticələnəcək. Bundan da bütün region ölkələri faydalanacaq. Bununla da Azərbaycan regional oyunçu kimi daha geniş coğrafiyada sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın yaranmasına öz töhfəsini vermiş olacaq. Bu, həm də gələcəkdə Azərbaycanın qazı və elektrik enerjisinin Yaxın Şərqdə daha geniş çoğrafiyada ixracına imkanlar yaradacaq. Azərbaycan qazının Suriyaya ixracı enerji diplomatiyamızın növbəti uğurudur. Əldə edilən uğur ölkəmizin təkcə enerji təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz yerini möhkəmləndirir. Bu, həm də siyasi təsir coğrafiyasını genişləndirir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
olke.az

2Mənbələr