AZ

“Tesla”nın Avropada satışları sürətlə azalır

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Səbəblər köhnəlmiş model xətti, Çin brendləri ilə sərt rəqabət, Aİ-də tənzimləyici məhdudiyyətlər və İlon Mask ətrafında şəxsi qalmaqallardır

İyul ayında “Tesla” Avropa bazarlarında yerini itirməyə davam edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ötən illə müqayisədə İsveçdə satışlar 86%, Danimarkada 52%, Fransada 27% azalıb. Səbəblər köhnəlmiş model xətti, Çin brendləri ilə sərt rəqabət, Aİ-də tənzimləyici məhdudiyyətlər və İlon Mask ətrafında şəxsi qalmaqallardır.

Şirkətin ən populyar modeli olan “Model Y” Avropada yenilənmənin gecikməsi və tam avtonom idarəetmə funksiyasının olmaması səbəbindən tələbi itirib. İsveçdə “Model Y” qeydiyyatı 88%, Danimarkada 49% azalıb.

Mask etiraf edib ki, “Tesla” daha ucuz bir model təqdim etməyə hazırlaşarkən şirkəti "çətin rüblər" gözləyir - onun istehsalı gələn rübdən əvvəl başlamayacaq.

İyulda ümumi yeni avtomobil bazarı: Fransada 8% azalıb, Danimarkada 20%, İsveçdə 6% artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
ayna.az

1Mənbələr