AZ

“Ayaks”ın yetirməsi “Karvan”da

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək “Karvan-Yevlax” daha bir futbolçunu heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunun formasını geyinib.

“Ayaks”ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv”, Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.

Seçilən
20
15
idmanxeber.az

10Mənbələr