AZ

"Karvan-Yevlax" klubu növbəti transferini həyata keçirib

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.

Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı sağ cinah müdafiəçisi Shaquill Sno ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunda forma geyinib. Karyerası ərzində Sno Hollandiyanın “Ayaks”, “Telstar”, Norveçin “Aalesund”, Bolqarıstanın “Lokomotiv Plovdiv, Rumıniyanın “Botosani” və “Mioveni” klublarının heyətində çıxış edib.

Seçilən
33
operativmedia.az

1Mənbələr