ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı. Ballar bu il birdən-birə 1500-1600-ə qalxdı. Bu, necə ola bilər?”.
Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova deyib.
Qeyd edək ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə SAT imtahanları ilə bağlı qalmaqallı paylaşımlar davam edir. Belə ki, bir çox valideyn övladının yüksək bal toplamasına baxmayaraq universitetə qəbul ola bilmədiyini deyib. İddia edilir ki, imtahan sualları əvvəlcədən satılıb.
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə instaqramda canlı yayıma girən aparıcı Aytəkin Mərdanova da imtahan suallarının satıldığını iddia edib və oğlunun yüksək bal toplamasına baxmayaraq, universitetə qəbul olmadığını deyib:
“Övladım SAT imtahanına 6 ay hazırlaşdı. 1310 bal toplasa da, bizə heyvandarlıq ixtisası təklif olundu. Övladım isə bu fakültəni istəmir. Oğlum deyir ki, əgər 1500 bal toplayıramsa, gedib Amerikada oxuyaram. Tələbələrə təklif edirdilər ki, kiminsə yerinə imtahana girin. ADA Universitetinə getdim, uşaqlar yüksək balla heç bir yerə qəbul ola bilmirlər. Nə üçün 1500, 1600 bal toplayan uşaqların görüntüsünü yayıb, tanıtmırlar? Paylaşsınlar, biz də tanıyaq həmin istedadlıları. İki il idi xaricdə təhsili düşünürdük. Amma sonra fikrimizi dəyişdik, ötən ilin balına uyğun fakültə seçdik. Ötən il 1240 balla riyaziyyat fakültəsini çoxları qəbul etməyib. Bu il 1440 balla uşaqlar həmin fakültədədir. Çox istəyərdik qanunsuzluq üzə çıxsın. Bundan sonra biz heç həmin universitetə yenidən müaricət edə bilmərik. Amma digər tələbələrin haqqı tapdalanmasın. Onsuz da oğlum Avropa və ya Türkiyədə universitetə gedəcək. Yetəri qədər savadı var. Sadəcə, stress keçirtdik. Necə olur 1310 balla oğlum heç yerə düşmədi?”.
Q.Ataşova məsələ ilə bağlı danışarkən “ Heç Amerikada ingilis dili təmiz olanlar 1600 bal toplamır. Azərbaycanda bu, necə baş verib? Oğlumun ingilis dostu olan qız 1000 bal toplayıb sevinir. Dövlət yüksək balla qəbul olan uşaqları nəzarətə götürməli, yenidən yoxlamalıdır. Həmin sualları satanlar yoxlanılmalıdır. Çünki ölkənin təhlükəsizlik xidmətinə girir bunlar. Kompüterin qarşısında uşaq oturur, amma başqası girib orda onun yerinə imtahanı verir. Yəni uzaqdan idarə edir. Bütün bunlar araşdırılmalıdır. Valideynlər hamısı birlikdə ərizə yazmalı, şikayət etməlidir” sözlərini deyib.
Xatırladaq ki, bir neçə gün öncə Q.Ataşova da SAT imtahanlarında saxtakarlığa yol verilməsi ilə bağlı paylaşım etmişdi.
Məlumat üçün bildirək ki, bu il Azərbaycanda beynəlxalq SAT (Scholastic Assessment Test)
imtahanında yüksək nəticə göstərən abituriyentlərin sayında kəskin artım müşahidə olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.