Azərbaycan Premyer Liqasının debütantı "Karvan-Yevlax" növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
Yevlaxlılar niderlandlı Şaquill Snonu heyətə qatıblar. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın “Qzira” klubunun formasını geyinib.
"Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Olesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.