AZ

“Suriya Azərbaycanla daha böyük layihələr çərçivəsində əməkdaşlıq etməyi planlaşdırır”

Suriya Azərbaycanla daha böyük layihələr çərçivəsində əməkdaşlıq etməyi planlaşdırır.

Bunu Türkiyə-Suriyə qaz boru kəmərinin açılışı çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir jurnalistlərə açıqlamasında bildirib.

“Artıq Azərbaycan qazının Türkiyə ərazisi ilə Suriyaya çatdırılması üzrə açılış mərasimini etdik. Boruların 6 milyon kubmetr qazın daşınması potensialı mövcuddur. Sadəcə ilkin olaraq 3,4 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Azərbaycanlı qardaşlarımıza bu fürsətə, dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm”, – nazir qeyd edib.

Nazir onu da vurğulayıb ki, bu, sonuncu layihə deyil:

“Bundan sonra da daha böyük layihələrimiz olacaq. Bir az öncə qardaşım Mikayıl Cabbarovla görüşdə də biz digər görüləcək işlər barəsində daha geniş şəkildə danışıqlar apardıq. Azərbaycan və Suriya arasında texniki qrupların qarşılıqlı şəkildə səfərləri təmin olunacaq. Həmçinin Azərbaycanın Suriyada investisiyalara dair proqramlarını və layihələrini müzakirə etdik”, – nazir vurğulayıb.

MənbəAPA
Seçilən
45
7
banker.az

10Mənbələr