AZ

Şakil Sno “Karvan”da!

Maltanın “Qzira Yunayted” klubunun niderlandlı sağ cinah müdafiəçisi Şakil Sno bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Niderland nəhəngi “Ayaks”ın yetirməsi olan Şakil Sno karyerası ərzində “Almere Siti”, “Telstar”, “Olesund”, “Lokomotiv” (Plovdiv), “Botoşani”, “Mioveni” kimi klubların da şərəfini qoruyub. Bu ilin əvvəlindən “Qzira Yunayted”də çıxış edən Sno Malta klubunun heyətində 17 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Sno Niderlandın U-15 yığmasında forma geyinsə də, sonradan milliyə dəvət almayıb.

“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov və Moise Nqvisani ilə də güclənmişdi. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev komandanı tərk ediblər. Kamran İbrahimovla da yeni müqavilə imzalanıb.

Seçilən
21
arena.az

1Mənbələr