AZ

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazandı

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) iştirak edən komandamız 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb.

Məktəblilərimiz sözügedən olimpiadada 1994-cü ildən iştirak edir. 1994-1999-cu illərdə 2 medal, 2000-2009-cu illərdə 2 medal, 2010-2019-cu illərdə 1 medal, 2020-2025-ci illərdə 11 medal qazanıblar (https://stats.ioinformatics.org/results/AZ).

Qeyd edək ki, cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq tariximizin ən yüksək nəticəsinə imza atıblar. Həmçinin, iki şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
17
yeniavaz.com

10Mənbələr