AZ

Bu ölkə Trampı Nobel Sülh Mükafatına namizəd görür

Kamboca Baş nazirinin müavini, Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəklərini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Sun Çantholun sözlərinə görə, Tailand ilə yaşanan sərhəd toqquşmalarının sona çatdırılması üçün əldə olunan atəşkəs razılaşmasına verdiyi töhfəyə görə Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstəriləcək.

Jurnalistlərə açıqlama verən Sun bildirib ki, Trampın vasitəçiliyi olmadan Tailandla sərhəd münaqişəsini bitirən bir razılığa gəlmək çətin olardı.

O, həmçinin Trampın adını Nobel mükafatını təqdim edən Norveç Nobel Komitəsinə rəsmi şəkildə təqdim etməyi planlaşdırdığını deyib və əlavə edib:

“Tramp yalnız Kamboca üçün gördüyü işlərə görə deyil, başqa bölgələrdəki təşəbbüslərinə görə də Nobelə layiqdir”.

Seçilən
3
cebheinfo.az

1Mənbələr