ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Təhsilin əsas məqsədlərindən biri dayanıqlı, peşəkar müəllim kadrlarının formalaşdırılmasıdır. Bu məqsədlə 2022-ci ildən müəllimlərin sertifikatlaşdırılması prosesi başlayıb. Bu prosesdə yüksək nəticələr göstərərək onu uğurla tamamlamış və növbəti 5 il ərzində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ qazanmış müəllimlər var".
525.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, təhsilverənlərin rifahının, iş şəraitinin və daha çox şagirdə keyfiyyətli təhsilin verilməsinin təmini üçün sistemli addımlar atılır:
“Bəzən müəllimlərdə belə bir fikir formalaşır ki, iş yerini dəyişən və ya sertifikatlaşdırma prosesində uğur qazana bilməyənlərin yerinə dərhal müəllim qəbul olunmalıdır. Bizim yanaşmamız isə fərqlidir”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.