AZ

Maskerano Messinin gələcəyi ilə bağlı danışdı

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano komandanın argentinalı hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, “Goal” onun dediklərini belə çatdırıb.

"Hamımız onun klubda qalacağına ümid edirik. Hazırda danışıqlar aparılır. Əgər razılıq əldə olunsa, bu barədə klub rəsmi açıqlama verəcək"

Daha öncə 38 yaşlı futbolçunun ABŞ klubunda olan müqaviləsini üç il müddətinə uzadacağı barədə xəbərlər yayılmışdı.

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçunun klubla hazırkı müqaviləsi cari ilin sonunda başa çatır.

Seçilən
7
90deqiqe.az

1Mənbələr