Türkiyənin Kuşadası vilayətində pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alıb.
Bizim.Media xəbər verir ki, ana uşağına baxa bilmədiyini deyib, həkim isə körpəni satın alaraq evinə gətirib, hətta ona baxıcı da tutub.
Həkimin ehtiyatsızlığı nəticəsində körpə yerə düşüb və xəsarət alıb. Hadisə reanimasiyada çalışan tibb bacısının diqqəti sayəsində üzə çıxıb.
Körpə Aydın Universiteti Xəstəxanasına köçürülüb.
Həkim "insan alveri" və "ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və günahını etiraf edib.
İstintaq davam edir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta