Mordoviyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ikisi uşaq olmaqla 12 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, qəza bu gün səhər saatlarında Tenquşevski rayonunun Xlebino kəndi yaxınlığında baş verib. Aralarında 6-sı uşaq olmaqla 48 sərnişinin olduğu avtobus aşıb. TASS xəbər verir ki, ikisi uşaq olmaqla 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumatlara görə, sürücü idarəetməni aşıb. Salonda 6-sı azyaşlı olmaqla 48 nəfər olub. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Həkimlər zərərçəkənlərə ilkin tibbi yardım göstəriblər. Onlardan bəziləri xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları sürücünün ayıq olduğunu bildirir. Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi qəzanın baş vermə səbəblərini və şəraitini araşdırır.