AZ

Gənc qız 3 nəfərə həyat verdi

Sinopda motosiklet qəzasında ağır yaralanan 23 yaşlı qızın beyin ölümü Samsunda qeydə alınıb. Ailəsinin razılığı ilə onun orqanları üç xəstəyə köçürülüb.

News24.az xəbər verir ki,  gənc qız avtomobillə toqquşmadan sonra Samsun Ondokuz Mayıs Universiteti Xəstəxanasına yerləşdirilib və reanimasiyada həyat mübarizəsi aparıb. Bu gün beyin ölümü baş verdikdən sonra ailənin razılığı ilə iki böyrəyi və qaraciyəri çıxarılıb. Qaraciyər Malatyaya, böyrəklər isə Trabzona göndərilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Xeyrənsə Piriyeva

Seçilən
62
1
news24.az

2Mənbələr