AZ

“Sea Breeze”də tikintinin tamamlanması 2027-ci ilə planlaşdırılır

Bu gün “Sea Breeze”ə təşkil olunan media turda ərazidə baş verən yeniliklər barədə məlumat verilib.

“Sea Breeze”in ümumi sahəsi 500 hektardır və bunun 300 hektarı tamamilə yaşıllıqla örtülüb.

Layihə çərçivəsində artıq 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya sahəsi istifadəyə verilib. Burada 20 000-dən çox insan yaşayır. “Sea Breeze” ərazisində dörd fəsil boyunca yaşamaq və istirahət üçün hər cür şərait yaradılıb.

“Sea Breeze”in əsas simvollarından biri süni adalarda reallaşacaq layihələrdir. “Caspian Dream Liner” dəniz layneri formasında inşa ediləcək 11 mərtəbəli apart-otel və “Halfmoon” yarımay formasında salınacaq süni ada, burada yaşayış, istirahət və beynəlxalq səviyyəli tədbirlər üçün nəzərdə tutulmuş kompleks yerləşəcək. “Sea Breeze” Xəzər dənizi sahilində yerləşən 7 kilometrlik ictimai çimərlik zonasının abadlaşdırılmasını davam etdirərək Azərbaycandakı ən mükəmməl çimərlik komplekslərindən birini yaratmaqdadır.

“Sea Breeze Resort” rezidentləri üçün çimərliyə giriş pulsuz və limitsizdir.

“Sea Breeze”də hazırda yaşıllıq sahəsi 300 hektarı əhatə edir və burada 10 milyondan çox müxtəlif növ ağac və bitki mövcuddur.

Tikintinin tamamlanması 2027-ci ilə planlaşdırılır.

MənbəAPA
Seçilən
24
2
banker.az

3Mənbələr