AZ

Dünya çempionatı: Güləşçilərimiz rəqiblərinin nəticəsini gözləyir

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın altıncı günündə sərbəst güləşçilər arasında son 5 çəkidə görüşlər keçirilir.

Xalçaya çıxan pəhləvanlarımız ən yaxşı halda 1/8 finala kimi irəliləyiblər. Onların bürünc medal qazanmaq şansları rəqiblərinin çıxışından asılı olacaq.

U-17 dünya çempionatı
Sərbəst güləş
4️5️ kq

Sadiq İsmayılov 1/8 finalda rusiyalı İbrahim Veliullova (UWW) 4:12 hesabıyla məğlub olub.

5️1️ kq
Ramal Mirhüseynov 1/8 finalda özbəkistanlı Uluqbek Raşidova 🇺🇿 0:11 hesabıyla uduzub.

6️0️ kq
Həsən Həsənov özbəkistanlı Faxriddin Nasriddinova 6:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda yaponiyalı Rihito Hiuraya 0:7 hesabıyla məğlub olub

7️1️ kq
Rəşad Veysəlov polşalı İsmail Erzanukayevə 9:6 hesabıyla qalib gəlsə də, 1/8 finalda amerikalı Cayden Ceymsə 2:13 hesabıyla uduzub.

9️2️ kq
Səid Paşayev əlcəzairli Abderrahmane Mezitiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı David Cebişova (UWW) 3:6 hesabıyla məğlub olub.

Qeyd edək ki, Hakim Tağıyev (1️1️0️ kq) təsəlliverici görüşdə ermənistanlı Laert Movsesyana 13:4 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, bu gün həlledici görüşdə bolqarıstanlı Stefan Stefanovla güləşəcək. Həmçinin, Hüseyn İsmayılov (65 kq) finalda Arseni Kikinyovla (ABŞ), Rəvan Həsənzadə (48 kq) İslam Rabadanovla (Rusiya) üz-üzə gələcək.

Medallar uğrunda qarşılaşmalar Bakı vaxtı ilə 19:00-da başlayacaq.

İdman.biz

Seçilən
22
1
idman.biz

2Mənbələr