AZ

Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir

Hazırda Türkiyə Suriyaya 8 fərqli nöqtədən elektrik enerjisi ixrac edir.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar avqustun 2-də Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, Türkiyə Suriyaya elektrik enerjisi ixracının həcmini ilkin mərhələdə 25 %, daha sonra əlavə edilən xətlərlə 2 dəfədən çox artırmağı hədəfləyir: “İşlər tamamlandığında bağlantı həcmimiz 860 megavata çatacaq və Suriyadakı 1,6 milyon evin elektrik enerjisi ehtiyacını qarşılayacağıq”.

A. Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1 200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək.

MənbəREPORT
Seçilən
26
6
banker.az

9Mənbələr