GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hindistan Rusiya ilə iqtisadi əməkdaşlığa görə sanksiya təhlükəsi ilə üzləşməsinə baxmayaraq bu ölkədən neft almağa davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times”in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, ABŞ Prezidenti Donald Tramp Hindistanı Rusiyadan neft və silah aldığı üçün təhdid edib. Bundan sonra isə Dehlinin geri addım atacağını eşitdiyini söyləyib.
Lakin iki yüksək səviyyəli Hindistan rəsmisi nəşrə bildiriblər ki, Rusiya ilə əlaqələrdə heç bir dəyişiklik olmayacaq. Dehli hökuməti bu ölkədə idxalı azaltmaq üçün heç bir göstəriş verməyib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.