İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində yerləşən “Levotobi Laki-Laki” vulkanı növbəti dəfə fəallaşıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Geologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, püskürmə dünən başlayıb və ilk mərhələdə kül sütunu 10 kilometrə çatıb. Bu səhər isə kül yenidən 18 kilometrlik yüksəklikdə qeydə alınıb.
Hazırda itkilər qeydə alınmayıb. Turistlərə və yerli əhaliyə təhlükəsizlik məqsədilə ərazidən uzaq durmaq tövsiyə olunur. Qadağa zonası 7 kilometrə qədər genişləndirilib.