AZ

"Barsa"nın futbolçularının kumirləri: Yalnız biri “Messi” dedi

“Barselona” mövsümöncəsi Asiya turnesini davam etdirir.

Publika.az xəbər verir ki, kataloniyalılar artıq Yaponiyada bir oyun keçirib və Cənubi Koreyaya gedib. Orada “Seul”la qarşılaşıblar. Futbolçular yoldaşlıq görüşləri ilə yanaşı, media vəzifələrini də yerinə yetirirlər - müsahibələr verirlər, reklam kampaniyalarında iştirak edirlər və təbii ki, yerli azarkeşlərlə görüşürlər.

Koreyada belə bir görüş üçün Frenki de Yonq, Alex Balde, Qavi və yeni gələn Markus Reşford göndərilib.

Futbolçulardan tələb olunan ilk şey futbol kumirlərinin adını çəkmək olub.

Reşford: Ueyn Runi.

Qavi: İsko.

Balde: Samuel Eto'O.

De Yonq: Messi.

Növbəti sual: hansı futbolçu ilə oynamaq istərdiniz?

Seçilən
49
publika.az

1Mənbələr