ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması danışıqları ilə bağlı ziddiyyətli açıqlamalar verdiyi iddia edilir.
Turkustan.az xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin israilli məhbus ailələri ilə görüşdə iştirak edən mənbələrə istinadən verdiyi xəbərə görə, Vitkoff atəşkəs və məhbus mübadiləsi sazişi danışıqları barədə məhbusların yaxınlarına məlumat verib.
Məlumata görə, Tel-Əvivdə israilli məhbusların yaxınları ilə görüşən Witkoff, İsrailin baş naziri Benyamin Netanyahunun müharibəni bitirməkdə qərarlı olduğunu ifadə edərək, "Həmas silahlarını yerə qoymağa razılıq verib" deyib.
Məlumata görə, Tel-Əvivdə israilli məhbusların yaxınları ilə görüşən Witkoff, İsrailin baş naziri Benyamin Netanyahunun müharibəni bitirməkdə qərarlı olduğunu ifadə edərək, "Həmas silahlarını yerə qoymağa razılıq verib" deyib.
Vitkoff bu açıqlamalara baxmayaraq, əvvəllər razılaşdırıldığı bilinəndən fərqli olaraq, bütün İsrailli məhbusları azad edəcək bir razılaşmadan başqa heç bir razılaşmanı qəbul etməyəcəklərini bildirdi.
Vitkoff İsrailli məhbusların yaxınlarına "İsrail hökumətinə inamınızı itirmisiniz, bunun üçün səbəbləriniz olduğunu anlayıram, lakin Donald Tramp sizin tərəfinizdədir" deyərək Netanyahu hökumətini müdafiə edərək, çətin qərarlar verəcəkləri bir zamanda olduqlarını bildirib.
HƏMAS-ın silahı yerə qoymağa razı olduğunu iddia edən Vitkoff: "Sizə əla xəbər vermək istərdim, amma vəziyyət çox mürəkkəbdir" deyərək, HƏMAS-ı danışıqların nəticəsiz qaldığına görə vədini tutmamaqda günahlandırdı.
İsrailin dövlət televiziya kanalı KAN isə Witkoffun "HƏMAS-ın tərksilah etməyə razı olduğunu" demədiyini, əksinə "silahsızlaşdırmada maraqlı olduğunu" iddia edib.
Aytən Yaşar/ Turkustan.az