AZ

Sakit Okeanda gizli "müharibə adası" tapıldı: Görün hansı ölkə yaradıb

Çin Cənubi Çin dənizində Tayvan və digər ölkələrlə suverenlik mübahisəsi yaşadığı sularda hərbi varlığını gücləndirməkdə davam edir.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

“Asiya Dəniz Şəffaflığı Təşəbbüsü” (AMTI) tərəfindən yayımlanan peyk görüntüləri Çinin 3200 hektarlıq hərbi bazasını üzə çıxarıb. Kadrlarda geniş uçuş-enmə zolaqları, raket sığınacaqları və döyüş təyyarələri üçün nəzərdə tutulmuş nəhəng anqarlar əks olunub.

AMTI-nin direktoru Qreqori Polinq bildirib ki, bazalarda limanlar, 72-dən çox döyüş təyyarəsinin yerləşə biləcəyi anqarlar, yerdən havaya və gəmi əleyhinə raket mövqeləri, radar və rabitə infrastrukturu mövcuddur.

Qeyd olunur ki, hazırda Çin Parasel adalarında 20, Spratli adalarında isə 7 forpost yaradıb. Bu postlardan dördü tam şəkildə fəaliyyət göstərir və dəniz-hava bazalarına çevrilib.

Seçilən
38
1
publika.az

2Mənbələr