Hər il 1–7 avqust tarixlərində dünyada Ana Südü ilə Qidalanma Həftəsi kimi qeyd olunur. Bu təşəbbüs 1992-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu - UNICEF-in birgə qərarı ilə təsis olunub. Məqsəd, ana südünün körpə sağlamlığı üçün əvəzsiz olduğunu xatırlatmaq, ictimaiyyətdə bu vərdişin qorunmasına və təşviqinə dəstək verməkdir.
Turkustan.az-ınDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə körpələrin doğulduqdan sonrakı ilk 3 ayında ana südü ilə qidalanma göstəriciləri əvvəlki illə müqayisədə cüzi artım göstərsə də, bu artım daha çox süni qidalarla paralel şəkildə olub.
Belə ki, ilk 3 ay ərzində ana südü ilə bəslənən körpələrin ümumi sayı 81,1 min olsa daonların 54,3 mini yalnız ana südü ilə qidalanan uşaqlardır. Müqayisə üçün, 2022-ci ildə bu göstəricilər müvafiq olaraq 80,2 min və 52,2 min idi. Statistika göstərir ki, 10 il əvvəl iana südü ilə qidalanan uşaqların sayı isə 90 mindən çox olub.
Ən kəskin azalma 6 ayına qədər olan körpələr arasında müşahidə olunur. 2022-ci ildə bu yaşda olan 55,5 min uşaq ana südü ilə bəslənirdisə, 2023-cü ildə bu rəqəm 45,3 minə düşüb. Yalnız ana südü ilə qidalananların sayı isə 29,1 mindən 28 minə qədər azalıb.
12 aylıq körpələr arasında da ana südü ilə qidalanma səviyyəsi əvvəlki illə müqayisədə nəzərəçarpacaq şəkildə aşağı düşüb. 2022-ci ildə 38,2 min uşaq ana südü ilə bəslənirdisə, 2023-cü ildə bu rəqəm 28,1 min olub. 2015-ci ildə 1 yaşında ana südü ilə qidalanan körpələrin sayı 58 min olub.
1,5 yaşa qədər olan uşaqlar arasında azalma daha da ciddidir. 2022-ci ildə bu yaşda olan 14,2 min körpə ana südü ilə qidalanırdısa, 2023-cü ildə bu göstərici cəmi 9,1 min nəfər olub. Bu isə təxminən 56 faiz azalma deməkdir.
2 yaşa qədər süd alan uşaqların sayı isə iki il ərzində 7,6 mindən 3,5 minə enib. Bu göstərici 2020-ci il üçün isə 9,3 min uşağı əhatə edib.
Qeyd edək ki, ana südü körpənin ilk 6 ay ərzində həm fiziki, həm də immun sisteminin inkişafı üçün ən təbii və ideal qida mənbəyi hesab olunur.
ÜST və UNICEF-in tövsiyəsinə görə, körpənin doğulduğu andan etibarən ilk bir saatda ana südü ilə qidalanmağa başlaması, sonrakı aylarda isə əlavə qida ilə yanaşı ən azı 2 yaşa qədər süd vermənin davam etməsi vacibdir. /Modern.az/
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta