Amerikalı müğənni Cennifer Lopezin pərəstişkarları Ermənistan və Gürcüstan sərhəddinə toplaşıb.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilib ki, qonşu ölkə vətəndaşları ifaçını görməyə böyük qruplar şəklində gəlirlər.
“Ermənistan-Gürcüstan sərhədində, Sadaxlo keçid məntəqəsində, Ermənistanın girişində Cennifer Lopez fanatlarının böyük növbələri yaranıb”, - məlumatda deyilir.
Sputnik Ermənistan-ın mənbəsi bildirib ki, pərəstişkarlar İrəvandakı konsertə tələsirlər, lakin keçid məntəqəsindən keçmək azı iki saat çəkir.