“Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sanço sabiq klubu “Borussiya Dortmund”a qayıda bilər.
90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçu Dortmund klubuna keçidini reallaşdırmaq üçün illik maaşının iki dəfə azaldılmasına razılıq verib.
Hazırda onun “qırmızı şeytanlar”dakı illik qazancı təxminən 16 milyon avro təşkil edir.
Sançonun transferi ilə bağlı digər maraqlı tərəflərdən biri də İtaliyanın “Yuventus” klubu hesab olunur. Onların da ingiltərəli vingerlə maraqlandığı daha əvvəl mətbuatda yer almışdı.
Qeyd edək ki, Sanço ötən mövsüm icarə əsasında “Çelsi”nin heyətində çıxış edib. O, Premyer Liqada 31 oyuna çıxıb, 3 qol vurub və 4 assist edib.