50 illik araşdırma bədənimizin nə vaxt qocalmağa başladığını müəyyən edib.
Ölkə.Az “hürriyet”ə istinadla xəbər verir ki, araşdırma nəticəsində insan orqanizmində qocalma prosesinin əvvəllər düşünüldüyündən daha tez başladığı üzə çıxıb.
Çinli alimlər tərəfindən aparılan 50 illik araşdırmada yaşları 14-68 arasında olan 76 orqan donorundan 516 toxuma nümunəsi tədqiq edilib.
Tapıntılar 30 yaşından sonra bədəndə əhəmiyyətli bioloji dəyişikliklərin başladığını, lakin bu dəyişikliklərin 50 yaşından sonra kəskin şəkildə artdığını ortaya qoydu.
Tədqiqat xüsusilə böyrəküstü vəzilərdə və ürəyin əsas arteriyası olan aortada erkən yaşlanma əlamətlərinə diqqət çəkir.
30-lu yaşlardanbaşlayaraq orqanizmin fəaliyyətində kritik rol oynayan hormonlar ifraz edən böyrəküstü vəzilərdə zülal səviyyəsində dəyişikliklər baş verməyə başlayır.
Ən böyük yaşlanma təsiri aortada müşahidə olunub. Tədqiqatçılar qan damarlarının qocalmanın ilkin mərhələlərinə daha həssas olduğunu qeyd edərək, bu orqanlarda "GAS6" adlı zülalın artmasının bu vəziyyətə səbəb ola biləcəyini irəli sürürlər. Bu zülalın hüceyrə böyüməsində və sağ qalmasında rol oynadığı və qocalmanı sürətləndirə biləcəyi düşünülür.
Tədqiqat aparan alimlər bildiriblər ki, bu tapıntılar yaşlı insanların sağlamlığını yaxşılaşdırmaq üçün strategiyaların hazırlanmasına kömək edə bilər.
Araşdırmada həmçinin qeyd olunub ki, siqaret, spirtli içki qəbulu, işlənmiş ət istehlakı, qeyri-kafi yuxu və sosial-iqtisadi cəhətdən əlverişsiz ərazilərdə yaşamaq orqan yaşlanmasını sürətləndirir.
Billurə Yunus