AZ

Bu meyvə od bahası oldu

Türkiyədə iyul ayında bazarlarda qiyməti ən çox artan məhsul albalı olub. 

News24.az xəbər verir ki, aylıq müqayisədə 29,49% bahalaşan albalını təbii qaz (28,69%), çiyələk (28,46%), təyyarə biletləri (27,96%) və limon (25,10%) izləyib. Cərrahiyyə əməliyyatı və həkim müayinəsi haqları da 20%-ə qədər artıb.

Ədəbiyyat kitabları (19,86%), pomidor (19,77%), bibər növləri (18-19%), armud (17,25%) və digər məhsullar da diqqətçəkən artımla yadda qalıb.

Ən çox ucuzlaşan məhsul isə 49,47%-lik azalma ilə qarpız olub. Onu qovun (-40,51%), xiyar (-17,65%), ərik (-17,52%) və kabak (-14,93%) izləyib.

Qiymətlər manata çevrildikdə:

– 1 kq albalı: təqribən 8,4 AZN (artım öncəsi ~6,5 AZN)

– 1 kq qarpız: ~0,5 AZN (əvvəl ~1,1 AZN)

– 1 kq limon: ~3,6 AZN

– 1 təyyarə bileti (orta hesabla): ~520 AZN (təxminən 114 AZN artım)

Ümumilikdə 336 məhsul üzrə izlənən statistikaya görə, 186-sında qiymət artıb, 38-də isə ucuzlaşma müşahidə olunub.

Xeyrənsə  Piriyeva

Seçilən
47
1
news24.az

2Mənbələr