AZ

Arıqlamaq üçün sirkə turşusu içən şəxs ölübVİDEO

Arıqlamaq üçün sirkə turşusu içən şəxs zəhərlənərək ölüb. Bu barədə mərhumun yaxınları məlumat veriblər.

Xezerxeber.az-ın məlumatına görə, Yusif  Əlixanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Yusif Əlixanov əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin Reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

 

Seçilən
48
42
xezerxeber.az

10Mənbələr