AZ

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.

Publika.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran şəhər sakini Həsən Mənsubov Serbiyada işlədiyi yüksəkmərtəbəli binadan yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Seçilən
18
3
publika.az

4Mənbələr