AZ

Makronun bu fikri terrorçulara hədiyyədir Qendelmandan Fransa liderinə TƏRS SİLLƏ

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransa lideri Emmanuel Makron HƏMAS-ın əlində olan israilli girovlarla, İsrail həbsxanalarındakı fələstinli terrorçuları eyniləşdirməklə Qəzza nizamlanmasına dair razılaşmadan imtina etmək üçün əsas verib.

Globalinfo.az bildirir ki, bunu Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Qendelman deyib.

“Makron bir daha əxlaqi liderlikdənsə, mənəvi korluğu seçdi. Günahsız vətəndaşları və hərbi cinayətkarları eyniləşdirən hər hansı bəyanat danışıqlara birbaşa maneə və terrorçulara hədiyyədir”, – Qendelman deyib.

O, əlavə edib ki, Fransa lideri “HƏMAS”a “masadakı təklifləri rədd etmək üçün əsas verib və bu, radikalların şantaj siyasətini artırır.

“Bu, diplomatiya deyil, qurbanlara xəyanətdir. Məhz Avropanın tribunalarından deyilən bu sözlər vasitəçilərin girovları azad etmək üçün səylərini baltalayır və ekstremizmi gücləndirir”, – Netanyahunun müşaviri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
globalinfo.az

1Mənbələr