Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" Beynəlxalq Padel Kuboku start götürüb. L
İdman.biz xəbər verir ki, açılış mərasimində iştirak edən federasiya rəsmiləri idmançılara uğurlar arzulayıb, padelin Azərbaycanda sürətli inkişafından danışıblar.
İlk yarış avqustun 3-ə qədər, ikinci turnir isə 5-dən 7-dək davam edəcək. Beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail, Qazaxıstandan olan idmançılar iştirak edir.
Qeyd edək ki, turnirdə 36 padelçi medallar uğrunda yarışır.
İdman.biz