AZ

Rusiya Ukraynaya yüzlərlə dəniz dronu ilə hücuma hazırlaşır

BAKI, 2 avqust. TELEQRAF

Rusiya Ukraynanın dəniz infrastrukturuna eyni anda 400-dək dəniz dronu ilə hücum edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə radioelektron mübarizə sahəsində ekspert Sergey "Fleş" Beskrestnov öz “Telegram” kanalında xəbərdarlıq edib.

Onun sözlərinə görə, Rusiyanın elit pilotsuz sistemlər mərkəzi "Rubikon" pilotsuz zərbə katerlərini öz silahlanmasına qəbul edib. Orada artıq təlimlər təşkil edilib, ssenariləri sınaqdan keçirilib və təkmilləşdirmə işləri görülüb, bu pilotsuz uçuş aparatlarının (PUA) əsas vəzifəsi isə Ukraynanın dəniz infrastrukturuna zərbələr endirməkdir.

Ekspert qeyd edib ki, indi ruslar bir gün ərzində Ukraynanın dəniz infrastrukturuna - limanlara, qüllələrə, gəmilərə 400 katerlə zərbə endirə bilər.

"Məqsədim yeni təhlükənin yaranmasına diqqət çəkməkdir. "Rubikon"un nə olduğunu bilənlər başa düşür ki, hər şey ciddi olacaq. Sonradan şikayətlənməmək üçün artıq zərbə katerlərini axtarış və məhv etmə sistemlərini hazırlamaq lazımdır. FPV bu tapşırıqların öhdəsindən uğurla gəlir. Əsas məsələ təşkilatçılıqdır", - ekspert qeyd edib.

Seçilən
17
teleqraf.com

1Mənbələr