AZ

"Bavariya" yoxlama oyununda "Lion"u məğlub etdi

style='margin-bottom:10px;'>

"Arena Münhen" stadionunda keçirilən yoldaşlıq oyununda "Bavariya" "Lion"la qarşılaşıb. 

QOL.az xəbər verir ki, görüş Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Bavariya"nın hər iki qolunu fransalı oyunçu Maykl Olise vurub. O, ilk dəfə 53-cü dəqiqədə fərqlənib, bundan 10 dəqiqə sonra isə yenidən rəqib qapısına yol taparaq dubl edib. "Lion"un heyətində isə 83-cü dəqiqədə hücumçu Alehandro Qomes Rodrigez təsəlli qolunu vurub.

Qeyd edək ki, "Bavariya" ötən mövsüm 82 xal toplayaraq Bundesliqanın qalibi olub. 

Xatırladaq ki, daha əvvəl "Lion"un maliyyə hesabatlarında pozuntuya görə Liqa 2-yə göndəriləcəyi açıqlanmışdı. Klub bu qərardan apellyasiya şikayəti verib. "Lion" başa çatan Fransa Liqa 1 mövsümünü 6-cı pillədə tamamlayıb.

Seçilən
7
2
teleqraf.com

2Mənbələr