AZ

Ukrayna Müdafiə Nazirliyi “Dron Line” layihəsi üçün 191,8 milyon dollar ayırıb

Bakı. Trend:

Ukrayna Müdafiə Nazirliyi “Dron Line” layihəsində iştirak edənhərbi hissələrin təcili ehtiyaclarının ödənilməsi üçün 191,8 milyondollar ayırıb.

Trend xəbər verirki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal "Telegram"kanalında məlumat verib.

“Biz Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarına (PUA)yatırımları artırır və müdafiə qüvvələrimizi gücləndiririk. Ali BaşKomandanlığın qərargahının qərarına əsasən, Müdafiə Nazirliyi orduehtiyacları üçün vəsaitin yenidən bölüşdürülməsi barədə qərar qəbuledib”, – deyə Şmıqal bildirib.

Nazirin sözlərinə görə, bu qərar "Magyar quşları", K2, "Raroq","Axilles", "Nemesis" və "Qara meşə" kimi bölmələrin dərhalmaliyyələşdirilməsini təmin edəcək.

Bundan əlavə, dron əleyhinə müdafiə sistemləri üçün də 23,9milyon dollar vəsait ayrılıb.

Şmıqal onu da qeyd edib ki, Ukrayna xarici tərəfdaşlarlabirlikdə “Dron Line” layihəsinin maliyyələşdirilməsi istiqamətindəiş aparır. Niderlandla imzalanmış ikitərəfli saziş çərçivəsindəUkrayna istehsalçılarından PUA-ların alınması nəzərdə tutulur. Buprosesə dəstək olaraq, dövlətə məxsus "Oschadbank" artıq 837 milyonavro dəyərində müqavilələr üçün bank zəmanəti verib.

Seçilən
34
az.trend.az

1Mənbələr