Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyasında Pentaqonrəhbəri kimi fəaliyyət göstərən Pit Heqsetə qarşı narazılıqlarartmaqdadır.
Trend xəbər verirki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinəistinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Heqsetin təşkilatiidarəetmə təcrübəsinin olmaması ciddi qüsur kimi qiymətləndirilir.Xüsusilə məxfi məlumatların müzakirə olunduğu “Signal” qrupuna birjurnalistin əlavə edilməsi onun bu vəzifəyə uyğun olmadığınıgöstərən əsas nüanslardan biri hesab edilir.
Bundan başqa, Heqsetin Ukraynaya bir sıra silahların tədarükünüdayandırmaqla bağlı verdiyi qərar barədə Ağ Ev rəhbərliyinəvaxtında məlumat verməməsi də narazılıqları daha da artırıb.
Qeyd edək ki, daha əvvəl "NBC News" Heqsetə yaxın mənbələrəistinadla onun 2026-cı ildə Tennessi ştatının qubernatorluğunanamizədliyini irəli sürməyi düşündüyünü yazmışdı. Lakin həminmənbələr onun bu barədə hələ yekun qərar vermədiyini dəbildirmişdilər.