AZ

Qəzzada çəkilən bu görüntülər ŞOK EDİR FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son 24 saat ərzində Qəzza zolağında İsrailin zərbələri nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb, 1000-dən çox insan yaralanıb. Rəsmi məlumatlara görə, təkcə Qəzza zolağının blokadası zamanı qida çatışmazlığından ölənlərin sayı 93-ü uşaq olmaqla 169 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, Amerikanın “The Washington Post” qəzeti İsrailin zərbələrindən sonra Qəzza zolağında baş verən dağıntıları əks etdirən görüntüləri yayıb.

Çəkilən kadrlar Qəzzanın böyük hissəsini zədələyən və ya məhv edən İsrail bombardımanının dağıdıcı təsirlərini göstərir. Yüz minlərlə qəzzalının səhra şəraitində, çadırlarda yaşadığı açıq-aşkar görünür.

Kadrlarda həmçinin dağıdılmış məktəblərin və Cəbəliyə qaçqın düşərgəsinin xarabalıqlarının yaxından görüntüləri əks olunub.

Nəşrin fotoqrafı bu kadrları görən hər kəsin şoka düşəcəyini vurğulayır və müharibənin bitəcəyinə ümidvar olduğunu bildirir.

“Biz onlara daha çox yemək verməliyik, çünki qəzzalılar orada aclıq çəkirlər”, – nəşrin əməkdaşı vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
globalinfo.az

1Mənbələr