AZ

"Beşiktaş"ın baş məşqçi qərarı müəyyənləşib

Türkiyə nəhəngi "Beşiktaş" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, klub baş məşqçi Ole Qunnar Sulşer ilə yollarına davam edəcək.

Bu barədə məlumatı jurnalist Yağız Sabuncuoğlu yayıb.

Klub və məşqçi arasında fikir ayrılıqları olsa da, qarşılıqlı anlaşma təmin olunub və yeni mövsüm üçün əməkdaşlıq davam etdiriləcək.

Qeyd edək ki, Sulşerin "Beşiktaş" ilə 2026-cı ilin yayına qədər davam edən müqaviləsi mövcuddur.

Kamil Xudiyev

Seçilən
17
fanat.az

1Mənbələr