Xəbər verdiyimiz kimi, amerikalı müğənni Cennifer Lopez avqustun 3-də İrəvanda çıxış edəcək.
Publika.az xəbər verir ki, yerli mətbuat Ermənistanın CeyLonun kondertinə nə dərə pul xərclədiyi ilə bağlı məlumat yayıb.
Ermənistan paytaxtının vitse-meri Armen Pambukçyan Ermənistan hökumətinin amerikalı estrada ulduzunun konsertinin təşkili üçün 7 milyon dollar ayırdığını bildirib.
O, bu cür xərcləri haqlı hesab edib, çünki tədbirdə 15 min adam iştirak edəcək, onların hər biri, ölkədə ən azı 500 dollar xərcləyəcək.