Bakı. Trend:
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” komandasınövbəti yoxlama oyununu keçirib.
Trend-in məlumatına görə, Kurban Berdıyevin başçılıq etdiyikomanda Albaniyanın “Flamurtari” klubu ilə qarşılaşıb. Görüş rəqibkomandanın minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.
Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl Türkiyənin “Keçiörengücü”(0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə etmişdi.
Tovuz təmsilçisi təlim-məşq toplanışı çərçivəsində növbətiyoxlama oyununu avqustun 5-də Mərakeşin “Vidad” klubu iləkeçirəcək.