AZ

Pentaqon rəhbərindən narazılıq artır

Donald Tramp Administrasiyasında Pentaqonun rəhbəri Pit Heqsetə qarşı narazılıqlar artır.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin mənbələri Heqsetin təşkilati idarəetmə təcrübəsinin olmamasının böyük qüsur adlandırıblar. Xüsusilə məxfi məlumatların müzakirə edildiyi "Signal" qrupuna jurnalistin əlavə edilməsi Heqsetin bu vəzifəyə yetərsiz olduğu qənaətini formalaşdırıb.

Həmçinin vurğulanıb ki, Pentaqon rəhbərinin Ukraynaya bir sıra silahların tədarükünü dayandırmaq qərarı barədə Ağ Ev rəhbərinə vaxtında məlumat verilməməsi də ona qarşı narazılığı artırıb.

Daha əvvəl "NBC News" Heqsetə yaxın iki mənbəyə istinadən onun 2026-cı ildə Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürmək fikrində olduğunu bildirmişdi. Lakin mənbələr nazirin hələ yekun qərar vermədiyini qeyd etmişdilər.

Seçilən
0
1
ikisahil.az

4Mənbələr