
Hindistan ABŞ Prezidenti Donald Trampın rüsum və cərimə təhdidlərinə baxmayaraq, Rusiyadan neft almağa davam edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hindistan hökumətindəki mənbələrə istinadən “The New York Times”, və “Reuters” daxil olmaqla bir sıra nəşrlər məlumat yayıb.
Yüksək vəzifəli mənbə bildirib ki, ölkənin siyasəti dəyişməyib və hökumət Rusiyadan idxalı azaltmaq üçün neft şirkətlərinə heç bir göstəriş verməyib:
“Bunlar uzunmüddətli neft müqavilələridir. Bir gecədə alışı dayandırmaq asan deyil”.
Qeyd edilib ki, Hindistanın neft emalı zavodları Rusiya tədarükçülərindən neft almağa davam edir:
“Onların tədarüklə bağlı qərarları qiymət, xam neftin növü, ehtiyatlar, logistika və digər iqtisadi amillərdən asılıdır. Hindistanın enerji alışı milli maraqlar və bazar şərtləri ilə müəyyən edilir”.