AZ

Qəzza zolağına havadan 90 humanitar yardım paketi çatdırılıb

İsrail ordusu Qəzza zolağına havadan humanitar yardım çatdırmaqda davam edir.

Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Şənbə günü siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və İsrail, BƏƏ, İordaniya, Misir, Fransa və Almaniya arasında əməkdaşlıq çərçivəsində İsrail ordusu Qəzza zolağına humanitar yardımın artırılmasına yönəlmiş bir sıra tədbirləri davam etdirib. Son bir neçə saat ərzində beş ölkə hava ilə Qəzzanın həm cənub, həm də şimalında yaşayanlar üçün 90 humanitar yardım paketi daşıyıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, İsrail Qəzza zolağında humanitar yardımın göstərilməsi ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək.

Seçilən
23
8
operativmedia.az

9Mənbələr