AZ

"Qalatasaray" PSJ-nin qapıçısını transfer edə bilər

Fransanın PSJ klubu rusiyalı qapıçı Matvey Safonovun transferi ilə bağlı Türkiyənin "Qalatasaray" klubuna təklif göndərib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu sosial şəbəkə “X”də məlumat yayıb.

O İstanbul təmsilçisinin yalnız “Mançester Siti”nin qapıçısı Ederson və ya digər dünya səviyyəli qapıçının transferi baş tutmadığı halda, Safonov variantını nəzərdən keçirəcəyini qeyd edib.

Qeyd edək ki, Matvey Safonov 2024-cü ilin iyul ayında PSJ-yə transfer olunub. Paris klubunun heyətində o, Çempionlar Liqası, Fransa çempionatı, ölkə kuboku və Superkubokun qalibi olub. Bundan əlavə, PSJ ilə Klublararası Dünya Çempionatının da gümüş mükafatçısı adını qazanıb.

Xatırladaq ki, 1905-ci ildə təsis olunan “Qalatasaray” 25 dəfə Türkiyə çempionu, 19 dəfə ölkə kubokunun, 17 dəfə isə Superkubokun qalibi olub. Klub, həmçinin UEFA Kuboku (indiki Avropa Liqası) və UEFA Superkubokunu da bir dəfə qazanıb.

Seçilən
14
90deqiqe.az

1Mənbələr