Premyer Liqa klubu "Nyukasl Yunayted" heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, klub "Sauthempton"un əsas qapıçısı Aaron Ramsdeyli heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı qolkiper, İngiltərə çempionatında göstərdiyi stabil oyunla diqqət çəkir. "Nyukasl" rəhbərliyi qapı xəttini möhkəmləndirmək üçün Ramsdeylin təcrübəsinə və oyun keyfiyyətinə güvənir.
Transferin maliyyə detalları rəsmi şəkildə açıqlanmayıb.
Qeyd edək ki, Ramsdeylin yaxın günlərdə yeni komandası ilə birgə məşqlərə başlayacağı gözlənilir.
Kamil Xudiyev