AZ

SAXAL HƏMAS-ın batalyon komandirinin müavinini öldürdü

BAKI. 2 avqust. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın Şeyx Radvan batalyonunun komandir müavini Səlahəddin Zaara öldürülüb.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, həmin şəxs İsrailə və Qəzza zolağındakı SAXAL qüvvələrinə qarşı çoxsaylı hücumlara rəhbərlik edib.

SAXAL-ın məlumatına görə, həftəsonu Qəzza zolağında ümumilikdə 130-dan çox hədəfə zərbə endirilib.

Zərbələr SAXAL-ın dörd diviziyasının Qəzza ərazisində quru əməliyyatlarını davam etdirdiyi bir vaxtda həyata keçirilib.

Seçilən
42
teleqraf.com

1Mənbələr