Biləsuvar rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Hadisə zamanı "Mercedes" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.