BAKI. 2 avqust. TELEQRAF
Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin (USQ) logistikasını təmin etmək üçün istifadə olunan Xerson körpüsünə FAB-3000 aviabombası ilə zərbə endirib.
Teleqraf xəbər verir ki, hədəfin vurulma anının videogörüntüsü Ukraynanın “Telegram” kanallarında dərc edilib.
Kadrlarda hədəfin vurulduğu və zərbədən sonra havaya tüstü buludunun qalxdığı əks olunub. Videoya əsasən körpünün zədələnmə dərəcəsini müəyyən etmək mümkün deyil.